MrBeast (əsl adı: Ceyms Stiven Donaldson; 7 may 1998, Viçita[d], Kanzas) — amerikalı YouTuber, onlayn şəxsiyyət, təşəbbüskar və xeyriyyəçi. Tez-tez əyləncə məqsədləri üçün müxtəlif “challenge”lər təşkil edir və qalib gələnlərə böyük prizlər verir. MrBeast YouTube platformasında ən çox abunəçiyə malikdir, onun kanalını 272 milyondan çox insan izləyir. 2023-cü ildə “Time” jurnalı onu dünyanın 100 ən nüfuzlu adamından biri kimi tanıyıb. “Forbes”in xəbərinə görə Cimmi Donaldson 2022-ci ildə ən çox qazanan YouTuberlər-dən biri olub və onun sərvətini təqribən 500 milyon dollar təşkil edir.
Cimmi Donaldson Kanzasın Viçita şəhərində anadan olub və Şimali Karolina ştatının Qrinvill şəhərində boya-boşa çatıb. 2012-ci ildə 13 yaşında olarkən “MrBeast6000” adlı YouTube kanalını açıb. Yerləşdirdiyi ilk videolar “Let's Play” və digər YouTuber-ların nə qədər sərvəti ola biləcəyini təxmin etmək barədə idi. Cimmi 2017-ci ildə oturub 100 minə qədər saydığı videosunu kanalına yükləyərək diqqətləri cəlb etməyə başlayıb. Cimmi sponsorlarının dəstəyilə xeyriyyə məqsədli videolar çəkərək milyonlarla izləyici qazanmışdır. Kanalının populyarlığı artdıqca, o, brendini idarə etmək üçün dostlarını da yanına gətirir. 2023-cü ildə MrBeast komandasında özü da daxil olmaqla 250-dən çox insan fəaliyyət göstərir. Cimmin YouTube-da Beast Reacts, MrBeast Gaming, MrBeast 2 (keçmiş adı ilə MrBeast Shorts) və Beast Philanthropy adlı əlavə kanalları da mövcuddur.
Cimmi 2020-ci ildə fəstfud restoranları şəbəkəsi olan “MrBeast Burger”in əsasını qoymuşdur. 2022-ci ildə o, “Feastables” adlı şokolad və “snack” brendini də yaradıb. Cimmi həmçinin ağacların əkilməsi və meşələrin əhəmiyyəti haqqında məlumatlılığın təbliğinə həsr olunmuş qeyri-kommersiya təşkilatı olan “Arbor Day Foundation”ə vəsait toplamaq üçün “Team Trees” adlı fundraiser (azərb. ianə aksiyası) başladıb. Bu kampaniya sayəsində 23 milyon dollardan çox ianə toplanıb, iqlim dəyişikliyi və meşələrin qırılması ilə mübarizə aparmaq üçün 2022-ci ilə qədər 20 milyon ağac əkilib. Bundan əlavə, Cimmi okeanları təmizlədilməsi üçün “Team Seas” adlı fundraiser başlatdı. O və komadası “Ocean Conservancy” və “The Ocean Cleanup” təşkilatları üçün 30 milyon dollardan çox vəsait toplayıblar. Bu pullar dənizlərdən plastik və digər çirkləndiriciləri təmizləmək və sudakı canlıları qorumaq üçün istifadə olunub. Cimmi Donaldson dörd il ardıcıl olaraq "Streamy" mükafatlarında “İlin məzmun yaradıcısı” mükafatına layiq görülüb. İşinə görə üstəlik "Nickelodeon Kids' Choice Awards" tərəfindən “Sevimli məzmun yaracısı” mükafatı qazanıb.
Həyatı
Ceyms Stiven Donaldson 7 may 1998-ci ildə Kanzas ştatının Viçita şəhərində anadan olmuşdur. Uşa yaşlarında Şimali Karolinanın Qrinvill şəhərinə köçüb. O, balaca olanda valideynləri uzun saatlar işləyir və hərbi xidmətdə olduqları üçün ona au pair-lər baxmalı olurdu. Onun valideynləri 2007-ci ildə boşanıb. Cimmi 2016-cı ildə özəl xristian məktəbi olan “Greenville Christian Academy”də təhsilini başa vurub. Şərqi Karolina Universitetinə daxil olmuş, lakin sonra təhsilini yarımçıq qoymuşdur. Məktəbdə oxuyarkən Cimmi fəal olaraq bir neçə il beysbol oynamışdır. Məktəbdən sonra Cimmi və dostları YouTube-un tövsiyə alqoritmasını anlamağa və viral olacaq videoların necə hazırlanacağını kəşf etməyə çalışdılar. O, deyir ki, YouTube alqoritmasının necə işlədiyini öyrənmək üçün 5 ilə yaxın baş yorub.
Şəxsi həyatı
Cimmi Donalds introvertdir. Xristian təlimləri ilə böyüsə də sonradan aqnostik olmuşdur. O, homoseksuallığa qarşı olan xristianlıq dininindən heç vaxt razılaşmadığını bildirir. Cimmi LGBT dəstəkçisidir. 2023-cü ildə onun dostu Kris transgender olduğunu etiraf etmişdir. Cimmi transfobiyadan təngə gəldiyini açıqlayıb.
2023-cü ildə Cimmiyə OceanGate adlı sualtı qayığa minərək batmış Titanik gəmisinin qalıqlarını izləmək dəvət edilib. Ancaq Cimmi dəvəti qəbul etməmişdir. Daha sonra bu sualtı qayıq qəza törətmiş və sərnişinlərin beşi də həyatını itirmişdir. Cimmi sualtı qayığa minmədiyi üçün şanslı idi.